Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva bu gün TOPLUM TV’də qonaq olmuşdur

30.11.20222-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva bu gün TOPLUM TV-nin Toplumsal verlişinin qonağı olmuşdur. Verilişin mövzusu “Yeniyetmələr və gənclər arasında kriminal meyillilik nəyə görə artmaqdadır?” olmuşdur.

Azərbaycanda cinayət törətmiş yeniyetmələrin və gənclərin sayı artıb. Bunu Dövlət Statistika Komitəsinin illik məlumatları, xəbər saytlarında və sosial mediada yayılan xəbərlər deməyə əsas verir. Komitənin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində cinayət törətmiş şəxslərin arasında 14-17 yaşda olan uşaqların sayı 31,8 faiz artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin sayı 17,3 faiz, onların iştirakı ilə 2,2 dəfə, onlara qarşı törədilən cinayətlərin sayı isə 17,1 faiz artıb. Təəssüf doğuran hallardan biri də, yeniyetmələr arasında kriminal meyilliliyin artmasıdır.

Mətanət xanım yeniyetmələr arasında kriminal aləmə, el arasında “vorovskoy aləm” adlanan şəxslərə maraq və rəğbət armasının səbəblərindən danışdı. Daha sonra isə izləyicilərin sualları cavablandırıldı.

Dəvət üçün Toplum TV-yə təşəkkürümüzü bildiririk.

Online Qeydiyyat