Uşaq Psixologiyası və İnkişafı kursu-Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutub

14.01.2023-cü il tarixində Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr. Seydi Ahmet Satıcının təqdimatında Uşaq Psixologiyası və İnkişafı kursu – Rəsmi İxtisasartırma təhsilinin növbəti dərsi baş tutub.

Doç.Dr.Seydi Ahmet Satıcı iştirakçılarla uşaq və yeniyetmələrdə düzgün inkişaf, asılılıq, uşaqların davranış və vərdişlərini idarəetmə bacarıqlarının təkmilləşdirilməsi, özünütərbiyə mövzularında zəngin bilik və təcrübəsini bölüşüb.

Daha sonra Doç.Dr.Seydi Ahmet Satıcı iştirakçılarla müzakirələr aparıb, onların suallarını cavablandırıb.

İştirakçılara uğurlar arzu edirik !

Online Qeydiyyat