“Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutub

Psixologiya Elmi-Tədqiqat İnstitutununda “Peşəkar Psixoloq” Təcrübə Proqramının növbəti dərsi baş tutub. Kurs Psixologiya Elmi-Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva tərəfindən tədris olunur.

Mətanət Əliyeva iştirakçılara diqqət əskikliyi və hiperaktivlik pozuntusu, “DƏHP-in təyin edilməsi üçün istifadə edilən metodlar və bu metodların istifadə qaydaları” barədə məlumat verib. Bununla yanaşı, diqqət əskikliyi və hipertaktivlik pozuntusunun psixokorreksiyası və bu zaman istifadə olunan test metodları, dərs materialları iştirakçılara təqdim edilib.

Siz də “Peşəkar Psixoloq” Təcrübə Proqramımıza qoşulmaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın: 070 268 27 08 (mobil/what’s App)

Online Qeydiyyat