Bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və onun xanımı, həmçinin Bakı Dövlət Universitetinin Gender və psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova Psixologiya Elmi-Tədqiqat İnstitutunda qonaq olublar.

Bu gün Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko və onun xanımı, həmçinin Bakı Dövlət Universitetinin Gender və psixologiya kafedrasının müdiri, professor Rəna İbrahimbəyova Psixologiya Elmi-Tədqiqat İnstitutunda qonaq olublar.

İnstitutun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri, psixoloq Mətanət Əliyeva və Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Şərifov qonaqları institutla tanış ediblər.

Qonaqlar Fuad İbrahimbəyov adına tarixi muzeydə olublar və professor Rəna İbrahimbəyova onlara Fuad İbrahimbəyovun şəxsi əşyaları, əlyazmaları, kitabları, məqalələri və psixologiya sahəsinə verdiyi töhfələri haqqında danışıb.

Daha sonra institutun sədri Elnur Rüstəmov institutla bağlı ətraflı məlumat verib, institutun nəzdindəki “Beyin və Davranış” laboratoriyasının yaradılması, burada istifadə olunan neyropsixoloji aparatların psixokorreksiya, psixodiaqnostika işlərində və xüsusilə, elmi-tədqiqat işlərindəki əhəmiyyətindən bəhs edib.

Elnur Rüstəmov bu yaxınlarda institutun elmi-tədqiqat qrupu tərəfindən hazırlanan beynəlxalq indenksli jurnallarda yayımlanan məqalələrdən söhbət açıb, aparılan araşdırmaların nəticələrini bölüşüb.

Sonra qonaqlara Psixoloji Xidmət və
Reabilitasiya Mərkəzinin fəaliyyəti haqda məlumat verilib.
Qonaqlar, eyni zamanda, psixoloji məsləhət və təlim otaqlarını gəziblər.

Sonda ümumi görüş keçirilib. Elnur Rüstəmov ölkəmizdə psixologiya sahəsində institut tərəfindən görülən işlərdən, beynəlxalq və yerli elmi-praktik konfranslardan, gələcəkdə bu istiqamətdə qurulacaq yeni əməkdaşlıqlardan bəhs edib. Qonaqlara institutun fəaliyyəti ilə yaxından maraqlandıqları və instituta səfər etdikləri üçün təşəkkürünü bildirib.

Son məqalələr

Online Qeydiyyat