Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov institutun şöbə müdirləri ilə görüş keçirib

Görüşdə illik fəaliyyət planının hazırlanması barədə danışılıb, həyata keçiriləcək layihələr müzakirə edilib. Əlavə təhsilə (yenidənhazırlanmaya) qəbul olan tələbələr və onların dərs planı, yeni ixtisasartırma kurslarının başlanması haqqında məlumat verilib.
Bununla yanaşı, Psixologiya Elmi-Tədqiqat İnstitutunun yaranmasının 5 illiyi münasibətilə keçiriləcək tədbirin planı tərtib olunub.

Daha sonra psixoloji xidmətin təşkili, “Beyin və Davranış” laboratoriyasında aparılan seanslar barədə məlumat verilib. Eyni zamanda, aparılan seanslardan alınan nəticələrin elmi-tədqiqat işlərində faydalarından danışılıb. Elmi-tədqiqat qruplarının Azərbaycan dilinə adaptasiya etdiyi testlərin elmi işlərin aparılması zamanı olduqca böyük əhəmiyyətə malik olduğu vurğulanıb.

Online Qeydiyyat