Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutu 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə yenidənhazırlanma təhsilinə (ixtisasdəyişmə) başlayıb

Bu gün Psixologiya Elmi Tədqiqat İnstitutu 2023-2024-cü tədris ili üçün psixologiya ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramına başlayıb.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov tələbələrlə görüşüb. Sədr institutun ümumi fəaliyyəti və əlavə təhsil haqqında məlumat verib. Daha sonra o, tələbələrin fikirlərini dinləyib.

Qeyd edək ki, bu gün psixoloq Lamiyyə Hüseynova tərəfindən psixopedaqogika və klinik psixoloq Mələk Allahverdiyeva tərəfindən ümumi psixologiya fənləri üzrə dərslər keçirilib.

Online Qeydiyyat