Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı və institutun elmi-tədqiqat qrupu ilə görüş keçirib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov Türkiyənin Yıldız Texniki Universitetinin müəllimi, Doç.Dr.Seydi Ahmet Satıcı və institutun elmi-tədqiqat qrupu ilə görüş keçirib.

Görüşdə “Adult Hope Scale” və “Percevied school experience” şkalalarının Azərbaycan dilinə adaptasiyası ilə bağlı məqalənin son hissələri işlənildi, məqalələrin result və methods hissələri müzakirə olunub.

Daha sonra müharibə iştirakçılarında posttravmatik stress pozuntusunun öyrənilməsi mövzusunda müzakirə aparılıb, sorğunun və məqalənin introduction hissəsinin öyrənilməsi haqqında danışılıb.

Online Qeydiyyat