Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, hüquq psixoloqu Lamiyə Hüseynova tərəfindən “5 addımda konfliktlərin həlli” təlimi həyata keçirilib

Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, hüquq psixoloqu Lamiyə Hüseynova tərəfindən “5 addımda konfliktlərin həlli” təlimi həyata keçirilib.

Təlimdə mübahisə və onun növləri, konfliktlərin həlli yolları və metodları, aqressiya və onun idarəedilməsi texnikası mövzularından bəhs edilib, mübahisə zamanı istifadə etdiyimiz taktikalar barədə müzakirə aparılıb.

Sonda vörkşop həyata keçirilib.

İştirakçılar “Əsəb kontrolu üçün xəyal qurma texnikası” üzərində işləyiblər. Eyni zamanda, mövzunun daha dərindən mənimsənilməsi üçün “psixodrama” həyata keçirilib və keys analizləri aparılıb.

Öz zəngin bilik və təcrübələrini bölüşdüyü üçün psixoloq Lamiyə Hüseynovaya təşəkkür edirik.

Online Qeydiyyat