Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmovun rəhbərliyi ilə şöbə müdirlərinin növbəti iclası keçirilib

İclasda şöbələr tərəfindən görülən işlər müzakirə olunub, onların fəaliyyəti dəyərləndirilib.

Sədr Elnur Rüstəmov müvafiq istiqamətdə koordinasiya işlərinin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib. Həmçinin yenidənhazırlanma təhsilinin önəmini vurğulayan Elnur Rüstəmov əlavə təhsil sahəsində həll edilməli vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. 

Dərs proqramlarının çap edilməsi haqqında danışan şöbə müdiriMəhərrəm Əliyev proqramların yaxın zamanda nəşriyyata göndəriləcəyini bildirib. O, həmçinin şöbələrin komplektləşdirilməsi və sənədlərin müvafiq qaydalar üzrə hazırlanması məsələsinə toxunub. 

Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova yenidənhazırlanma təhsili üzrə dərslərin cədvələ uyğun keçirildiyini vurğulayıb.

İnkişaf və yaş psixologiyası şöbəsinin müdiri Mətanət Əliyeva ixtisasartırma kurslarının hazırlanması və tədrisi məsələsindən danışıb. 

Daha sonra iclas içtirakçıları şöbələr üzrə elmi seminarların keçirilməsini qərara alıblar. 

İnstitutun yaranmasının 5 illiyi ilə əlaqədar görüləcək işlər və tədbirlər haqqında rəylər müzakirə olunub. 

Online Qeydiyyat