Psixologiya Elmi -Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun “8-ci Könüllü Fəaliyyət Proqramı” üzvləri ilə görüşüb

Görüşdə “8-ci Könüllü Fəaliyyət Proqramı”nın rəhbəri, psixoloq Emilya Nəsibova, layihənin kordinatorları Nigar Əsgərova, Jalə Babazadə və Ayşən Qəribova iştirak ediblər.

Elnur Rüstəmov hazırda psixologiya elminin sürətli inkişafından, elmə gətirilən yeniliklər, aparılan elmi-tədqiqat işləri, onların nəticələri, adaptasiya edilən testlər, yeni kadrların yetişdirilməsinin əhəmiyyətindən bəhs edib.

Sədr Psixologiya Elmi-Tədqiqat İnstitutunda təşkilati işlərdə və tədbirlərdə könüllülərin fəaliyyətini yüksək qiymətləndirib, onlara təşəkkürünü çatdırıb.

Emilya Nəsibova son dövrlərdə həyata keçirilən layihələrdə, tədbirlərdə, görüşlərdə könüllülərin fəal iştirakından danışıb və onlara minnətdarlığını bildirib.

Eyni zamanda, könüllü fəaliyyət proqramı üzvlərinin kordinatorları həyata keçirilən layihələrin, xüsusilə “Şəhid övladlarının anaları ilə birgə səyahət proqramı”, “Uşaq psixologiyası” ixtisasartırma təlimləri və qazilərlə aparılan işlərin təşkilati hissəsində könüllülərin yaxından iştirak etdilərini bildiriblər.

Sonda sədr Elnur Rüstəmov və qrup rəhbəri psixoloq Emilya Nəsibova könüllü fəaliyyət proqramı üzvlərinə “Təşəkkürnamə” təqdim edib və xatirə şəkli çəkdiriblər.

Online Qeydiyyat