Noyabrın 22-də Psixologiya Elmi-Tədqiqat İnstitutu və Sosial Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanlarımız üçün yaşıl işıq” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub

Noyabrın 22-də Psixologiya Elmi-Tədqiqat İnstitutu və Sosial Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qəhrəmanlarımız üçün yaşıl işıq” layihəsi çərçivəsində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub.

Görüşdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, Sosial Dəstək Mərkəzinin əməkdaşları, vətən müharibəsi iştirakçıları, şəhid və qazilərin ailə üzvləri və gənclər iştirak ediblər.

Tədbirdə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirin birinci hissəsində 44 günlük Vətən müharibəsi dövründə qəhrəmanlıq göstərən iştirakçılarımızın döyüş yolunu əks etdirən videoçarxlar nümayiş etdirilib.

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov çıxış edib və tədbir müharibəsi iştirakçılarını salamlayıb və bildirib ki, bugün aparılan uğurlu Dövlət siyasətinin nəticəsi olaraq Azərbaycan bayrağı ölkəmizin hər yerində dalğalanır. Biz bu sevinci rəşadətli Azərbaycan ordusuna borcluyuq. Sədr tədbirdə iştirak edən şəhid ailələri və qazilərə minnətdarlığını bildirib.

Sədr bildirib ki, hazırda Psixologiya Elmi-Tədqiqat İnstitutunun araşdırma qrupunun apardığı “Müharibə iştirakçılarında posttravmatik stres pozuntusunun təyin edilməsi” mövzusunda test adaptasiyasınn həyata keçirilməsi həm qazilərimiz, əsgərlərimiz, həm də elmi-tədqiqat işi aparan şəxslər üçün faydalı olacaq.

Elnur Rüstəmov həmçinin layihə çərçivəsində İnstitutda qazilər və şəhid ailələri ilə aparılan psixoloji və aparat seansları və onların nəticələri haqda məlumat verib.

Daha sonra çıxış edən Vətən müharibəsi iştirakçısı Vasif Allahverdiyev istər Dövlət, istərsə də özəl müəssisələrdə qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. O,
Psixologiya Elmi-Tədqiqat İnstitutunda göstərilən xidmətdən məmnun qaldığını, belə layihələrin qazilər üçün faydalı olduğunu bildirib.

Tədbirin ikinci hissəsində Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşı, klinik psixoloq Fuad Əsədov iştirakçılara “İtki sonrası sosial-psixoloji adaptasiya” mövzusunda praktiki təlim keçib.

Psixoloq həmçinin qazilərimizin və digər iştirakçıların suallarını cavablandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

Online Qeydiyyat