Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Narahatedici düşüncələrdən xilas olmaq” adlı təlim keçirilib

Bu gün Psixologiya Elmi-Tədqiqat İnstitutunda “Narahatedici düşüncələrdən xilas olmaq” adlı təlim keçirilib.

Təlim institutun əməkdaşı, klinik (tibbi) psixoloq Fuad Əsədov və həkim-psixiatr Orxan Fərəcli tərəfindən aparılıb.

Fuad Əsədov “Rasional və irrasional düşüncələr”, ” Narahatedici düşüncələrdən qurtulmağın yolları”, “Düzgün psixoloji yanaşma” mövzularından bəhs edib.

Orxan Fərəcli “Obsessiv-kompulsiv pozuntu”, “Düşüncə və hisslərimiz arasındakı əlaqə” və “Düşüncələrin həyəcanımıza, təşviş və stresimizə təsiri” haqqında danışıb.

Daha sonra vörkşop təşkil olunub.

Vörkşopda Fuad Əsədov və Orxan Fərəcli təlim iştirakçıları ilə
✅Koqnitiv texnikalar
✅Davranış texnikaları
✅Vizuallaşdırma texnikası
✅Rahatlama texnikaları
✅Mediativ metodlar üzərində tapşırıqlar həyata keçiriblər.

Təlim gedişatında iştirakçılar öz təəssüratlarını bölüşüblər və rast gəldikləri çətinliklərdən danışıblar.

Mütəxəssislər bu texnikalar vasitəsilə həmin problemlərin öhdəsindən necə gələ biləcəklərini öyrədiblər.

Maraqlı və maarifləndirici təlimə görə klinik-psixoloq Fuad Əsədov və həkim-psixiatr Orxan Fərəcliyə təşəkkürümüzü bildiririk!

Online Qeydiyyat