Psixologiya Elmi-Tədqiqat İnstitutunun məktəb məmnuniyyəti ilə bağlı tədqiqatı beynəlxalq nüfuzlu jurnalda çap olunub 

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Rüstəmov, institutun əməkdaşlarıpsixoloq Ülkər Zalova Nuriyeva, klinik psixoloqlar Mələk Allahverdiyeva, Təhmasib Abbasov və Narınc Rüstəmovanın həmmüəllifi olduqları “Məktəb Məmnunluğu Şkalasının Azərbaycan dilində təsdiqi: Təhsil və psixoloji mühit kontekstində araşdırma” (Azerbaijani validation of the High-School Satistaction Scale:  Investigation within the context of education and psychological environment) adlı tədqiqat işinin məqaləsi “Harvard Library”, “OpenAIRE”, “Road”, “ASCI”, “ESJİ”, “EuroPub”, “Academic Resource Index-ResearchBib”, “Google Scholar və “SHERPARoMEO” kimi beynəlxaq elmi bazalarda indekslənən “Journal of Social and Educational Research” jurnalında dərc edilib.

Tədqiqatın məqsədi Azərbaycanın müxtəlif bölgələrində təhsil alan şagirdlər arasında Məktəb Məmnunluğu Şkalasını tətbiq etmək üçün onun adaptasiyasını həyata keçirmək, həmçinin məktəb məmnuniyyəti, təhsil mühiti və psixoloji mühitarasında qarşılıqlı əlaqəni araşdırmaqdır.

Məlumatlar 1894 azərbaycanlı şagirddən (10-16 yaş) toplanıb.

 Adaptasiya prosesi boyunca təsdiqedici faktor analizi, meyarla əlaqəli doğruluğun və etibarlılığın qiymətləndirilməsi aparılıb.

Tədqiqat H-Sat Şkalası ilə psixoloji narahatlıq, akademik özünü effektivlik və həyatdan məmnunluq kimi kritik dəyişənlər arasındakı mürəkkəb əlaqələrə işıq salan korrelyasiya təhlillərini əhatə edib. 

H-Sat Skalanın akademik özünü effektivlik, psixoloji narahatlıq və həyat məmnuniyyətini proqnozlaşdıra biləcəyini müəyyən etmək üçün qiymətləndirmə aparılıb.

Əldə edilən nəticələr akademik özünü effektivliyin həyatdan məmnunluq və psixoloji narahatlıq yolu ilə orta məktəb məmnunluğuna təsir etməkdə vasitəçi rol oynadığını ortaya qoyub. Şagirdlər arasında məktəb məmnunluğu ilə bağlı bu geniş araşdırma onun fərdi və ictimai təsirləri ilə bağlı dərin fikirlər təqdim edir. 

Bundan əlavə, məktəb məmnunluğu şagirdlərin təhsil aldıqları məktəb, iştirak etdikləri proqramlar, əldə etdikləri bilik və səriştə baxımından karyera planları və hədəflərindən məmnuniyyətləri arasındakı əlaqə vasitəçi təhlil əsasında araşdırılıb.

Qeyd edək ki, bu testin adaptasiyası Elm və Təhsil Nazirliyinin sifarişi ilə Psixologiya Elmi- Tədqiqat İnstitutu tərəfindən həyata keçirilib. 

Məqalə ilə ətraflı tanış olmaq üçün linkə keçid edə bilərsiniz.

https://www.journalser.com/jser/article/view/20

Online Qeydiyyat