Psixologiya Elmi- Tədqiqat İnstitutunda cari ildə görüləcək işlərlə bağlı görüş keçirilib

Psixologiya Elmi- Tədqiqat İnstitutunda cari ildə görüləcək işlərlə bağlı görüş keçirilib.

Tədbir başlamazdan öncə 20 Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d Elnur Rüstəmov bildirib ki, 34 il əvvəl baş verən qanlı hadisələr xalqımızın mərdliyini, əyilməzliyini, möhkəm iradəsini bir daha dünyaya göstərdi.

Şəhidlərimizin xatirəsininin hər zaman qürur və ehtiramla anılmasının, şərəf tariximizin daim xatırlanmasının hər bir vətəndaşımızın mənəvi borcu olduğu bildirilib.

Sədr bu il institutun tədqiqat qrupu tərəfindən aparılacaq araşdırmaların istiqamətləri, psixoloji xidmət keyfiyyətinin artırılması,
yeni metodikaların hazırlanması barədə danışıb.

İnstitutun həyata keçirdiyi ixtisasartırma və əlavə təhsil, yenidənhazırlanma proqramlarının əhəmiyyətini vurğulayan Elnur Rüstəmov bu layihələrin uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra o, fevralın 7-də keçiriləcək Prezident seçkilərindən bəhs edib.

Elnur Rüstəmov bildirib ki, bu proses xalqımızın növbəti zəfər seçkisidir və hər birimiz bu seçkidə iştirak edərək doğru
qərar verməliyik.

Tədbirdə həmçinin Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi-metodik şöbəsinin müdiri, p.ü f.d., dosent Hökümə Əliyeva və psixoloq Lalə Əhmədova da çıxış ediblər.

Mütəxəssislər bildiriblər ki, institut 5 illik fəaliyyətini uğurla başa vurdu. Bu işlərin uğurlu davamı olaraq institutun heyəti hər zaman yeniliklərə açıq, müasir psixoloji metodları tətbiq etməyə maraqlı olmalı, mütəxəssislər daim öz üzərində çalışmalıdırlar.
Bildirilib ki, institut ölkəmizdə psixologiya sahəsində kadrların hazırlanmasında mühüm rola malikdir və bu prosesin uğurla həyata keçirilməsi üçün institutun həm peşəkar heyəti, həm də yüksək səviyyədə maddi-texniki bazası, tədqiqat vəsaitləri mövcuddur.

Tədbir müzakirələrlə davam edib, təkliflər dinlənilib.

Son məqalələr

Online Qeydiyyat