Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvləri ilə institutun əməkdaşı, psixoloq Emilya Nəsibova tərəfindən qrup terapiyası keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunun 9-cu könüllü fəaliyyət proqramı üzvləri ilə institutun əməkdaşı, psixoloq Emilya Nəsibova tərəfindən qrup terapiyası keçirilib.

Terapiyada qrup üzvlərinin hər biri öz problemlərini anonim şəkildə qeyd ediblər. Daha sonra hər kəs digərinin probleminə öz yanaşmasını bildirib və bu məsələlər müzakirə olunub.

Texnikanın məqsədi bundan ibarətdir ki, biz özümüz problemin içərisində olarkən emosionallığımız yüksəlir və rasionallığımızı üstələyir, terapiya zamanı isə digərlərinin probleminə rasional yanaşılır və öz problemimizə olan yanaşma dəyişir.

Sonda isə hal-əhval dəyərləndirilməsi ilə qrup terapiyası yekunlaşdırılıb.

Online Qeydiyyat