“Bütün psixoloji problemlərin kökündəki səbəb…” mövzusunda f.ü.f.d. Elnur Rüstəmov 24media.az-a müsahibə verib

“Bütün psixoloji problemlərin kökündəki səbəb…” mövzusunda f.ü.f.d. Elnur Rüstəmov 24media.az-a müsahibə verib.

24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovdur. O, “camaat nə deyər?” düşüncəsinin cəmiyyətə təsiri barəsində danışıb.
“Camaat nə deyər?” düşüncəsinin 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ailəsini qətlə yetirməsində də böyük rolu var. Ə.Əhmədovun əmisi açıqlamasında oğlanın xəstəxanaya yerləşdirildiyini, lakin “anası direktordur, camaat nə deyər?” düşüncəsi ilə oradan çıxardıqlarını vurğulayıb. Nəticə isə məlumdur… “Camaat nə deyər” düşüncəsi bizi hara sürükləyir? Həyatımızın məsuliyyətini öz üzərimizə götürmək, bu düşüncələrdən qurtulmaq üçün hansı psixoloji periodlardan, mərhələlərdən keçmək lazımdır?

24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmovdur. O, “camaat nə deyər?” düşüncəsinin cəmiyyətə təsiri barəsində danışıb.
“Camaat nə deyər?” düşüncəsinin 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun ailəsini qətlə yetirməsində də böyük rolu var. Ə.Əhmədovun əmisi açıqlamasında oğlanın xəstəxanaya yerləşdirildiyini, lakin “anası direktordur, camaat nə deyər?” düşüncəsi ilə oradan çıxardıqlarını vurğulayıb. Nəticə isə məlumdur… “Camaat nə deyər” düşüncəsi bizi hara sürükləyir? Həyatımızın məsuliyyətini öz üzərimizə götürmək, bu düşüncələrdən qurtulmaq üçün hansı psixoloji periodlardan, mərhələlərdən keçmək lazımdır?

«Bizi bilən bilir, bilməyən isə özü kimi bilir.»
Məlumdur ki, yaxın günlərdə ailəsini amansızlıqla qətlə yetirən Əhməd Əhmədovun törətdiyi cinayət bütün Azərbaycan xalqının həssaslığını artıraraq ictimai narahatlığına çevrildi.
Qeyd edək ki, hüquq mühafizə orqanları bu məsələ ilə əlaqədar lazımi tədbirləri görməyə davam edir. Onun törətdiyi cinayətlə bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlandı.  
Digər bir tərəfdən cinayətlə bağlı açıqlamalar bir-birini təkzib etməkdə davam edir. Lakin doğru olan bir fakt Əhməd Əhmədovun anasının məktəb direktoru olması və bu səbəbdən oğlunun psixoloji problemlərini gizlətməsi idi. Nəticədə bu fakt bir daha “camaat nə deyər?” fikrinin, yəni “3-cü şəxsin təzyiqinin” cinayətin ən böyük təkanı olduğunu sübut etdi.
Bu gün cəmiyyətdə belə bir tendensiya müşahidə edilir ki, insan hər hansı bir işi görməzdən əvvəl bu işin axırını düşünmək əvəzinə fikirləşir ki, insanlar nə deyəcək? Qeyd edək ki, bu ifadə sadəcə bir düşüncə deyil, psixoloji problemə çevrilib.
İnsan istənilən fəaliyyəti yerinə yetirərkən ən azı bir dəfə də olsun özünə “camaat nə deyər?” sualını verir. Gəlin problemin kökündə duran səbəblərə nəzər yetirək.
Axı cəmiyyət bütövlüklə insana təsir edə bilməz, çünki o, yalnız mücərrəd kateqoriyadır. Deməli, burada insana təsir edən konkret fərdlərdir və onların arasında valideyinlər, xüsusilə, seçilməlidir.
Məhz bu problem özünü ən erkən yaşlardan, uşaqla valideyn arasındakı əlaqələrdən başlayaraq, fərddən şəxsiyyətə çevrilərkən biruzə verir. Valideynin övladına göstərdiyi təzyiqlərin istiqaməti bu yöndən davam edərək, “camaat, o, bu nə deyər?”, “başqası bilsə necə olar?” fikirləri ilə uşağın psixikasında öz təzahürünü tapmaqda davam edir. Nəticədə daim müqayisə edilən və hisslərinin basdırıldığı şəraitdə böyüyən uşaqda aqressivlik və yaxud basdırılmış aqressiya, ətrafına və ailə üzvlərinə, bacı-qardaşlarına qarşı qısqanclıq, özünə qapanma və s. tipli mənfi davranışlar meydana çıxır. Beləcə valideyn özünün və övladının bütün həyatını, tamamilə başqasının fikrinə yönəldərək yaşayır, əsl istəklərini arxa plana keçirir.
Elm və tibb sübut edir ki, bütün psixoloji problemlərin və xəstəliklərin kökündə duran təməl səbəb ailədir. 
Belə halda ən böyük məsuliyyət də valideynlərin üzərinə düşür. Övlad böyütmək, onu mənəvi sağlam şəkildə cəmiyyətə inteqrasiya etmək çox vacib və məsuliyyətli bir işdir. Təəsüf ki, bir çox valideynlər övladının tərbiyə prosesində gözdən qaçırdığı və önəm vermədiyi ən böyük məsələlərdən biri də onun psixoloji sağlamlığının tamlığıdır. Hər bir valideyn yaş dövründən asılı olmayaraq uşaqda baş verən hər hansısa bir narahatlığın fərqinə vardığı anda onu həll etmək üçün övladına dəstək olmalı, narahatlığın daha geniş şəkildə özünü göstərdiyi hallarda psixoloqa müraciət etməlidir. Əksi halda Əhməd Əhmədovun törətdiyi cinayətdə də gördüyümüz kimi, bu mərhələdə gizlədilmiş kiçik və yaxud böyüklüyündən asılı olmayaraq istənilən psixoloji problem gələcəkdə nəinki övladınızın həyatının, həm də məhz sizin həyatınızın məhvi olacaqdır.
Məşhur bir kəlamda deyilir: “Bir insan üçün cəmiyyətin şəxsi maraqlara olan təsirindən ağır zərbə yoxdur”. Əslində, insanların sizdə gördüyü yanlışlar öz mənliyindəki yanlışların əksidir. Mövlana belə vəziyyətdə ən ali şəkildə yaradılmış varlığın – insanın özünü bilməsinin önəmini davamlı israr edirdi. Mövlanaya görə, insanın əldə edə biləcəyi ən dəyərli şey özünü tanımaq və özünlə yetinməyi bacarmaq, öz varlığının və nəfsinin həqiqətini bilməyin hikmətidir.
Qəbul etməliyik, biz insanları, onların nə düşündüyünü, nə dediklərini heç vaxt dəyişə bilmərik. Yaxşı, bəs belə halda niyə buna cəhd edirik? Axı insanlar heç vaxt susmayacaqlar və onlar yalnız dəyişməyə qərar verəndə dəyişəcəklər. İnsan özünə sual verməlidir: ömrü boyu özümü nə qədər insana sübut edə bilərəm? Bu yerdə isə deyilir: “Özünü başqasına sübut etməyə ithaf olunan həyat yaşamağa dəyməz həyatdır”.

https://24media.az/5427-butun-psixoloji-problemlerin-kokundeki-sebeb-1s1c.html

Online Qeydiyyat