Beynəlxalq proqram üzrə təhsil alan magistrlər Psixologiya İnstitunun laboratoriyalarında praktik təcrübə keçiriblər

ABŞ-nin Corc Vaşinqton Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsil və insan kapitalının inkişafı ixtisası üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramının tələbələri Psixologiya Elmi Tədqiqat İnstitutunun Beyin və Davranış laboratoriyasında olublar.

Təhsildə neyroelm fənni çərçivəsində təşkil edilmiş görüşdə tələbələr institutun Beyin və Davranış laboratoriyasında aparılan psixokorreksiya metodları ilə tanış olublar və laboratoriyanın baş mütəxəssisi Səyanə Əliyeva onlara müasir psixoloji cihazların işləmə mexanizmləri barədə məlumat verib.

Tələbələr həmçinin neyrofidbək (neurofeedback) və neyrofidbək robotu, Transkranial Birbaşa Cərəyan Stimullaşdırıcı (tDCS), Beta-Alfa aparatı, Virtual – Reallıq (VR) həyəcan-qorxu aparatı, LiTMS aparati, Quantitative (Rəqəmsal) Elektroensefaloqramma (QEEG) vasitəsilə diaqnostika və korreksiya işlərini praktik təcrübədən keçiriblər.

Son məqalələr

Online Qeydiyyat