Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi Şurasının iclası keçirilib

Psixologiya Elmi Tədqiqat İnstitutunun Elmi Şurasının iclası keçirilib.

İclasda institutun sədri, f.ü.f.d. Elnur Rüstəmov, dos. Ceyhun Alıyev, dos. Müşfiq Mustafayev, dos. Hökumə Əliyeva, dos. Məhərrəm Əliyev, həkim-psixatr Araz Lalei Manuçehri, Şahin Şərifov, psixoloqlar Mətanət Əliyeva, Ülviyyə Nəhmətova, Ülkər Zalova və Emilya Nəsibova iştirak ediblər.

İclasda şöbələrin komplektləşdirilməsi, şöbə sənədlərinin hazırlıq vəziyyəti və könüllülərlə iş şöbəsinin yaradılması və Emiliya Nəsibovanın Könüllülərlə iş şöbəsinə müdir təyin edilməsi barədə danışılıb.

Eyni zamanda, iclasda əlavə təhsil və yenidənhazırlanma proqramının növbəti II tədris yarımilinə hazırlıq haqqında müzakirə aparılıb.

Daha sonra Elmi şuranın yeni tərkibi təsdiq edilib. Psixoloqlar Ülviyyə Nəhmətova, Ülkər Zalova Nuriyeva, Elmi şuraya üzv seçiliblər.

Son olaraq isə cari məsələlərə toxunulub. Elmi-metodiki şöbədə hazırlanmış kitabların çapı və görüləcək işlər müzakirə edilib.

Online Qeydiyyat