Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub

Psixologiya Elmi-Tədqiqat İnstitutu və Türkiyənin Yıldız Texniki Universitetinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Ailə psixologiyası” kursunun növbəti dərsi baş tutub.

Dərs Psixologiya Elmi Tədqiqat İnstitutunun elmi işçisi, Narınc Psixologiya Mərkəzinin təsisçi rəhbəri, uzman-klinik psixoloq Narınc Rüstəmova tərəfindən tədris edilib.

“Xüsusi təhsilə ehtiyacı olan uşaqlı ailələr” mövzusunu əhatə edən dərsdə Narınc Rüstəmova ailə-uşaq münasibətləri, valideynin vəziyyəti qəbul etmə prosesi, uşaqların ailələrində adaptasiya mərhələsi və belə ailələr üçün qrup şəklində olan proqramlardan bəhs edib.

Online Qeydiyyat