Bu gün uzman klinik neyro- psixoloq Mehmet Şirin Zorkol və Dos. Dr. Ümit Yıldız Psixologiya Elmi Tədqiqat İnstitutunda qonaq olub

Bu gün uzman klinik neyro- psixoloq Mehmet Şirin Zorkol və Dos. Dr. Ümit Yıldız Psixologiya Elmi Tədqiqat İnstitutunda qonaq olub.

Psixologiya Elmi Tədqiqat İnstitutunun Yaş və inkişaf psixologiyası şöbəsinin elmi işçisi, Narınc Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova və Beyin və davranış laboratoriyasının rəhbəri Səyanə Əliyeva qonaqları laboratoriyanın fəaliyyəti ilə tanış ediblər.

Daha sonra Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov institutun gördüyü işlər, apardığı araşdırmalar, həyata keçirdiyi layihələrlə bağlı məlumat verib və gələcək əməkdaşlıq prespektivləri müzakirə olunub.

Online Qeydiyyat