“NEVROTİK POZUNTULARIN DİAQNOSTİKASI VƏ KORREKSİYASI” praktik təlimi

“NEVROTİK POZUNTULARIN DİAQNOSTİKASI VƏ KORREKSİYASI” praktik təlimi

17.02.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda institutun nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru, psixoloq Nərmin Quliyevanın təqdimatında “NEVROTİK POZUNTULARIN DİAQNOSTİKASI VƏ KORREKSİYASI” mövzusunda PRAKTİK TƏLİM baş tutdu.
Təlimdə psixoloq təşvişli-nevrotik pozuntu, generalizə olunmuş təşviş pozuntusu, panik pozuntu, obsessiv-kompulsiv pozuntu, posttravmatik stress pozuntusu, sosial fobiya və spesifik fobiyanın diaqnostikası, korreksiya metodları haqqında həm nəzəri, həm praktik aspektdən ətraflı məlumat verdi, həmçinin iştirakçıların ona ünvanladığı sualları cavablandırdı. İnteraktiv keçən təlimin sonunda iştirakçılara SERTİFİKAT təqdim olundu. 

Online Qeydiyyat