Psixologiya Elmi-Tədqiqat İnstitutu sizlərin istəyini nəzərə alaraq ART-TERAPİYA KURSU-na start verir.
Psixoloq, rəssam Asəf Kərimovun təqdimatında tədris ediləcək kurs 30 saat, 10 moduldan ibarətdir.
ART-TERAPİYA KURSU həftədə bir dəfə, hər həftənin cümə günü saat 17:00-20:00-da 3 saat müddətində davam edəcək.
Kursun proqramını sizə təqdim edirik:
I Modul.Art terapiyaya giriş;
Art terapiya nədir?;
Növləri, tarixi, fəlsəfəsi;
Art-terapiya dünya praktikasında;
Art-terapiyanın prinsipləri.
II Modul.Rənglər haqqında məlumat;
Rənglərin insan psixikasına təsiri;
Rənglərin simvolikası;
Rəng stereotipləri Rənglər psixodiaqnostik vasitə kimi.
III Modul.Art-terapiya seanslarında gözlənilən çətinliklər;
Təsviri sənət fəaliyyətinin uşaqlarda inkişafı və art-terapiya seanslarına təsiri.
IV Modul.Uşaqlar və yeniyetmələrlə psixoloji iş zamanı art-terapiyanın tətbiqi sahələri;
Art-terapiyada tətbiq edilən materialların seçimi ilə bağlı məsləhətlər.
V Modul.Art-terapiyanın həyata keçirilməsi formaları və oyunlar, çalışmalar;
Rəsm, rəng terapiyası.
Applikasiya;
Gil terapiyası;
Maskalar;
Qum terapiyası;
Mandala texnikası;
Çalışmaların təqdimi;
Proyektiv testlər;
Struktur çalışmalardan istifadə.
VI Modul.Art-terapiya psixodiaqnostika vasitəsi kimi;
Məişət zorakılığına məruz qalmış, zorakılıq hallarının şahidi olmuş uşaqlarla həyata keçirilən istintaq prosesində art-terapiya üsullarından istifadə;
Zorakılığa məruz qalmış uşaqlarla iş zamanı art-terapiya formalarından istifadə;
Art-terapiya proqramları və struktur çalışmalar.
VII Modul.Fövqaladə hallarla (təbii fəlakətlər, texnogen qəzalar, müharibə) üzləşmiş uşaqlarla həyata keçirilən ilkin psixoloji yardım və sonrakı psixoterapiya zamanı art- terapiya metodikalarından istifadə .
VIII Modul.Qorxu və fobiyaların psixoterapiyasında art-terapiya formalarından istifadə;
Bu istiqamətdə psixoloqun yaradıcılığı;
Art-terapiya təhsil sistemində;
Məktəb psixoloqu üçün art-terapiyadan istifadə ilə bağlı tövsiyyələr.
IX Modul.Sosial psixoloji treninqlərdə, özünüqiymətləndirmənin yüksəldilməsi ilə bağlı sosial-psixoloji treninqlərdə art-terapiya metodikasından istifadə;
Struktur çalışmalar.
X Modul.Art-terapiyanın gələcək inkişaf perspektivləri;
Yeni art-terapiya materialları;
Treninqin sonu.
ART-TERAPİYA KURSU ödənişli əsaslarla tədris edilir.
1 Modulun ödənişi 30 AZN, tələbələr üçün 20 AZN təşkil edir.
Kursu bitirənlərə SERTİFİKAT təqdim olunacaq.
BİZİMLƏ ƏLAQƏ: 070 268 27 08 ( mob/what’s App)