Abituriyentlərə qrup terapiyası

Hörmətli Abituriyentlər, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi sizi ali təhsil müəssisələrinə qəbul imtahanında uğurlu nəticə əldə etməniz üçün qrup terapiyasına dəvət edir.
Qrup terapiyası Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin praktik psixoloqu, eyni zamanda Nəzəri və Eksperimental Psixologiya şöbəsinin elmi katibi, bir çox abituriyentlərin uğurlu nəticəsində böyük əməyi və rolu olan Səbinə Ələkbərova tərəfindən aparılacaq.
Qrup terapiyasının proqramını sizə təqdim edirik.
✅Hazırlıqlar imtahandan nə qədər müddət əvvəl dayandırılmalıdır?;
✅İmtahandan bir gün əvvəl hansı təkrarlamaları etmək olar?;
✅İmtahana özünü necə hazırlamalı?;
✅Pis nəticədən qorxma halının azaldılması və aradan qaldırılması;
✅Motivasiyanın artırılması;
✅İmtahan zamanı yaranan stress zamanı nə etməli?;
✅Cavab kartında sürüşdürülmə halının aradan qaldırılması.
Qrup terapiyası 6 İyul 2019-cu il tarixində, saat 14:00-16:00-da Psixologiya Elmi-Tədqiqat İnstitutunda keçiriləcək.
İştirak ödənişlidir: 20 AZN.

ÖNCƏDƏN QEYDİYYAT MÜTLƏQDİR!
Qeydiyyat üçün əlaqə nömrəsi: 070 268 27 08 ( mob/what’s App).

Online Qeydiyyat