Psixoloji məsləhətə giriş 2 (Modul 4)

İnstitutumuzda tədris olunan Psixoloji Məsləhətə Giriş Kursunun lV – sonuncu modulu 18.01.2020 tarixində baş tutdu. Layihələrin İdarə Edilməsi şöbəsinin müdiri, psixoloq Nərmin Quliyeva tərəfindən tədris olunan sonuncu dərsdə nəzəri hissə ilə yanaşı, praktik hissəyə də yer verildi, psixoloji məsləhət prosesində müraciət edən şəxsə tətbiq edilən müasir yanaşmalar, praktik texnikalar kurs iştirakçıları üzərində təcrübə olaraq işlənildi.
Psixoloji Məsləhətə Giriş Kursunun sonuncu dərsində sertifikasiya imtahanına hazırlıq məqsədilə kurs proqramı bir daha təkrar edildi.
Sonda iştirakçılar kurs proqramına əsasən təşkil olunmuş sertifikasiya imtahanında iştirak etdilər. İmtahandan müvəffəqiyyətlə keçən iştirakçılara qarşıdakı günlərdə SERTİFİKAT təqdim ediləcək. Bütün iştirakçıların imtahandan uğurla keçib Sertifikat əldə edəcəyinə inanır, onlara uğurlar arzu edirik!

Online Qeydiyyat