Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursu (Modul 1)

08.02.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda daha bir peşəkar kurs – “Affektiv və Nevrotik Pozuntuların Koqnitiv Bihevioral Terapiya ilə Korreksiyası” Kursu tədris olunmağa başladı.
Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin klinik psixoloqu, Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin əməkdaşı Gülər Zamanın təqdimatında tədris edilən kursun ilk modulunda iştirakçılara koqnitiv bihevioral terapiya və onun əsas texnikaları haqqında ətraflı məlumat verildi, depressiyanın koqnitiv bihevioral terapiya ilə korreksiyası öyrədildi.
Yeni kursun ilk modulu kurs iştirakçıları tərəfindən böyük marağa səbəb oldu və hər kəsdə kurs haqda xoş təəssürat yaratdı.
Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq uğurla tədris olunan kurs üçün Gülər xanıma təşəkkürümüzü bildirir, kurs iştirakçılarımıza növbəti modulda görüşmək ümidilə uğurlar arzu edirik.

Online Qeydiyyat