Psixoloji Təkmilləşmə Kursu – “Uşaq Psixologiyası” (Modul 3)

05.03.2020 tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Psixoloji Təkmilləşmə Kursunun 3-cü modulu baş tutdu.

Kurs proqramı üzrə 3-cü modul “Uşaq Psixologiyası” mövzusunda Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Nərmin Vəliyevanın təqdimatında tədris edildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq, Nərmin Vəliyevaya kursun təşkilinə dəstək olub onun tədrisində iştirak edərək öz bilik və təcrübəsini tələbələr, gənc mütəxəssislər, təhsil işçilərindən ibarət geniş auditoriya kütləsilə paylaşdığı üçün təşəkkürümüzü bildirir, kurs iştirakçılarına uğurlar arzu edirik.

Online Qeydiyyat