8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə görüş

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov institutun xanım əməkdaşları ilə görüş keçirdi.

Görüşdə sədr təbrik nitqi ilə çıxış etdi, bütün Azərbaycan xanımlarının timsalında xanım əməkdaşlarımızı təbrik edib onlara gül hədiyyə etdi.

Daha sonra tort kəsildi, xatirə fotoları çəkildi. Görüş səmimi söhbətlərlə davam etdi.

Kollektivimizin bütün xanımları adından institutun sədri Elnur Rüstəmova xanım əməkdaşlarımıza verdiyi dəyər, göstərdiyi diqqət üçün dərin təşəkkürümüzü bildiririk.

Online Qeydiyyat