“İnsanı kitab kimi oxumaq” vebinarı

Dəyərli izləyicilərimiz, 06.02.2021 tarixində yeni bilik və bol informasiya ilə zəngin daha bir vebinarımız baş tutdu. Elmi-metodiki şöbənin müdiri, Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin mütəxəssisi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Hökümə Əliyevanın təqdimatında tədris olunan vebinar “İnsanı kitab kimi oxumaq” mövzusuna həsr olundu.

Zoom platforması üzərindən tədris olunan və 3 saat davam edən vebinar iştirakçıların da fəal iştirakı ilə interaktiv formada baş tutdu.

Vebinar iştirakçıların məmnuniyyət rəyləri ilə sona çatdı, təlim materialları və Sertifikat iştirakçıların elektron poçtuna göndərildi.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq əməkdaşımız Hökümə xanıma təşəkkürümüzü bildirir, iştirakçılara növbəti vebinarlarımızda görüşmək ümidilə uğurlar arzu edirik!

Online Qeydiyyat