Müsahibə – “İnsanlar yalnız və çarəsiz qalanda intihara meyl edir…”

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov intiharın səbəblərindən və ən əsası onunla mübarizə yollarından “Şərq”ə danışıb:

– İnsan niyə intihara üz tutur? O seçimdir, yoxsa məcburiyyət?

– İntihar yardım çağırışıdır. İnsan mübarizə apara bilmədiyi hissləri nizamlamaq, dözülməz fikirlərə son qoymaq üçün yeganə yolun intihar olduğunu düşünür. Əslində intihar edən şəxs sözləri və bir çox davranışı ilə bunu bəlli edir. “Yaşamağın heç bir mənası yoxdur” , “intihardan başqa çıxış yolum yoxdur” kimi… Bu kimi fikirlər mütləq nəzərə alınmalıdır. Çünki şəxs özünü intiharın həll yolu olduğuna inandırır.İntihar cəhdi olanların bir çoxu bunu ölmək üçün etmir. Özünü sevdirmək, maraq tələbatını ödəmək, özünü bağışlatmaq və ya müxtəlif hiss və düşüncələri ehtiva edən səbəblərdən dolayı intihara istiqamətlənir. İntihar edən insanlar bir çox hallarda ölməyi deyil, sahib olduqları həyatı yaşamaq istəyirlər.

– Son bir həftədə artan intiharlar, sizcə, təsadüfdür, yoxsa dünyada hazırkı hadisələrin, ab-havanın təsiridirmi?

– İnsanların bir qisminin həyatında baş verən ani dəyişikliklər, xroniki xəstəliyə tutulma və ya iqtisadi problemlər ümidsizlik hissi yaradaraq mübarizə aparmaq əvəzinə ölümü seçməsinə səbəb olur. Çünki inandığı və vərdiş etdiyi normal yaşama tərzi artıq qeyri-mümkündür. Qarşısına çıxacaq mümkün problemlər və ya həmişə yaşadığı həyat şərtlərinin dəyişməsi insanda əzab hissinin yaranmasına, çətinliklərlə zəngin həyatı seçməkdənsə ölümün daha qəti nəticə olacağını düşündürür.

Müsahibənin davamını keçiddən oxuya bilərsiniz.

Mənbə : https://sherg.az/xəbər/152378

Online Qeydiyyat