Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən 06.05.2023-cü il tarixində həyata keçirilən “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” adlı Respublika elmi konfransının materialları çap olunub

Psixologiya Elmi-Tədqiqat İnstitutu tərəfindən 06.05.2023-cü il tarixində həyata keçirilən “Ulu Öndər Heydər Əliyev və liderlik fenomeni” adlı Respublika elmi konfransının materialları çap olunub.

4 bölmədən ibarət olan jurnalda Ulu Öndərin şəxsiyyəti və fəaliyyəti ilə haqqında “Ümummilli Lider və milli dövlətçilik”, “Ulu Öndər Heydər Əliyevin təhsil diplomatiyası”,
“Heydər Əliyevin irsində azərbaycançılıq
ideyası və milli-mənəvi dəyərlər”, eləcə də ümumi və sosial psixologiya, pedaqoji və inkişaf psixologiyası, klinik-psixologiya istiqamətləri üzrə “Gənc müəllimin şagirdlərlə ünsiyyətindəki
əsas çətinliklər və onları aradan qaldırmağın bəzi səmərəli yolları”, “Şagirdlərin idrak fəallığının formalaşmasında
yeni təlim metodlarından istifadənin rolu”, “Autizm spektr pozuntusu olan
uşaqların valideynlərinin qarşılaşdıqları çətinliklər” və digər mövzuları əhatə edən 59 elmi məqalə yer alır.

Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyinə həsr edilib.

Online Qeydiyyat